“Ən çox rotasiyanı müdafiədə etmişdik” – Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri cavab oyunundan (3:4, ilk oyun 7:1) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçmək vacib idi. Qarşımızda fərqli “Sabah” var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik. Azarkeşlər üçün maraqlı oyun oldu. Üç gündən sonra “Sabah”la yenə oyunumuz var. Həmin matça hazırlaşacağıq. Futbolçuların oyun ritmi məni qane etdi. Bəzi oyunçuların 90 dəqiqə meydanda olması mənim üçün vacib idi. Abbas uzun müddətdir oynamırdı. Bu gün 90 dəqiqə meydanda oldu. Adama Diakabi və digərlərinin oynaması vacib idi. Ümumi razı qaldığım məqamlar da oldu, qalmadığım da. Futbolçularla öz aramızda müzakirəmiz olacaq. Nəticə üçün oynadılar. Müdafiədə boşluqlar verdik. Bu da normaldır. Ən çox rotasiyanı müdafiədə etmişdik”.
Bizi Facebook-da izləyin