“Azərbaycanla matçdan sonra bunu onların özlərinə dedim” – Ranqnik
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsində yer aldıqları qrup haqda danışıb.
Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis Azərbaycan yığmasının da mübarizə apardığı F qrupunda sona iki tur qalmış final mərhələsinə vəsiqə qazanmağın böyük uğur olduğunu bildirib:
“Ən çətin qruplardan birinə düşmüşdük. Bu cür çətin qrupda son oyunlar olmamış hədəfə çatdığımız üçün futbolçularımla fəxr edirəm. Azərbaycanla matçdan sonra da bunu onların özlərinə dedim. Final mərhələsinə vəsiqə qazanmaq inanılmaz hissdir”.
Avstriya yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gələrək, qrupu ilk iki pillədə bitirməyi təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin