“Ən böyük səhv “Sumqayıt”ı qiymətləndirməmək olardı”
“Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la qarşılaşacaq.
Komanda.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın müdafiəçisi Bence Qerqenyi püşkatmanın nəticəsini dəyərləndirərkən “Sumqayıt” haqda da fikirlərini bildirib:
“Püşkatmanı UEFA-nın saytında canlı izlədim. Azərbaycandan olan rəqibimiz haqda o qədər də məlumatım yoxdur. Məncə, ən böyük səhv “Sumqayıt”ı qiymətləndirməmək olardı. Əminəm ki, məşqçilər korpusumuz onları təhlil edib bizə ətraflı məlumat verəcək. Səhər tez bir zamanda mümkün rəqiblərimizin haqda baxış keçirdim, amma komandaların çoxunu ətraflı tanımırdım. Ona görə də arzuladığım rəqib yox idi. 2018-ci ildə bir dəfə Azərbaycanda olmuşam. U-21 komandası ilə orada heç-heçə oynadıq (3:3)”.
İkinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Sumqayıt” Macarıstan təmsilçisi “Fehervar”la üz-üz gələcək. Görüşlər iyulun 25-də və avqustun 1-də keçiriləcək.
Bizi Facebook-da izləyin