“Dinamo” yenə Mahirsiz oynayacaq
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının azərbaycanlı futbolçusu Mahir Emreli bu gün Şimali Makedoniya “Şkupi”sinə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Ante Çaçiç oyundan əvvəl keçirilən mətbuat konfransında məlumat verib. 69 yaşlı mütəxəssis, Emreli ilə yanaşı, Boşko Şutalo və Marko Bulatın zədə səbəbindən heyətdən kənarda qaldığını söyləyib.
“Dinamo” – “Şkupi” oyunu saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin