Mahir Emreli qayıdır

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının azərbaycanlı futbolçusu Mahir Emreli zədəsini sağaldaraq sıraya dönüb.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya çempionatının 2-ci turunun “Slaven Belupo” ilə səfər görüşündə iştirak edə biləcək.

İyulun 23-də oynanılacaq qarşılaşma saat 23:00-da başlayacaq.

Emreli daha əvvəl çempionatın 1-ci turunda “Lokomotiv”ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya “Şkupi”si ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button