“Emosiyalarımı saxlaya bilmədim” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərinib bölüşüb.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Kənardan futbolçuma müdaxilə oldu. Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim. Deyiləsi bir söz yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi, sonra Medina özünü saxlaya bilmədi və qarşılıq verdi. Bütün oyunçular bu cür davranışlara görə cəza alırlar. Onları da başa düşmək lazımdır. Futbolçuların da xarakteri var. Amma belə qırmızı vərəqəyə görə cəza alırlar.
Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci sarı verdirdi. Bəzən dördüncü hakimlər oyuna çox müdaxilə edirlər”.
Bizi Facebook-da izləyin