“Futbolun gələcəyi Səudiyyə Ərəbistanındadır” – Rakitiç
“Barselona”nın sabiq futbolçusu İvan Rakitiç Səudiyyə Ərəbistanı çempionatı barədə danışıb.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanında keçirdiyi vaxtdan məmnun olduğunu bildirib:
“Səudiyyə Ərəbistanında keçirdiyim vaxtdan məmnunam. Əminəm ki, futbolun gələcəyi Səudiyyə Ərəbistanındadır. Onların çempionatı Premyer Liqa, La Liqa və ya Bundesliqa səviyyəsinə çatmasa da, artıq ilk addımlar atılıb”.
Rakitiç 2024-cü ilin yanvar-iyul aylarında Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çıxış edib.
36 yaşlı futbolçu hazırda Xorvatiyanın “Hayduk” klubunda oynayır. Onun klubla müqaviləsi gələn yaya qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin