“Ançelotti Braziliya millisinə rəhbərlik etsə…” – Neymar

“Əl-Hilal”ın hücumçusu Neymar Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunacağı ehtimalı ilə bağlı fikirlərini açıqlayıb.

Komanda.az “Ge Globo”-ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu bu qərarın düzgün olduğuna inanır:

“Ançelotti Braziliya millisinə rəhbərlik etsə, ona isti qarşılanacağına zəmanət verilir. O, çoxlu kuboklar qazanmış inanılmaz məşqçidir. Ondan nəsə öyrənmək istəyirəm. Ancaq hər şey baş məşqçinin özündən asılıdır. Əminəm ki, bu, millimiz adına düzgün qərar olacaq”.

İtaliyalı mütəxəssisin 2024-cü ilin yayında Braziliya millisinə rəhbərlik edəcəyi bildirilir. Hazırda o, “Real”ı çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button