Emeridən məğlubiyyət şərhi
UEFA Avropa Liqasının final oyununda “Çelsi”yə 1:4 hesabı ilə məğlub olan “Arsenal”ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, məğlubiyyəti belə şərh edib:
“İlk hissəni yaxşı bitirmək üçün şanslarımız oldu. Vacib epizodlar yaratdıq, amma uğurlu ola bilmədik. “Çelsi”nin vurduğu ilk qol oyunu dəyişdirdi. Bu qola baxmayaraq, oyundan qopmamağa çalışdıq, amma ikinci qoldan sonra işimiz çətinləşdi. “Çelsi”ni təbrik etmək lazımdır. Onlar bu kuboku qazanmağa layiq idilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin