Elxan Məmmədov komitə sədri seçildi

Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.

Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button