Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”
“Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyevin Premyer Liqanın 14-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Baxşıyev, 1:1 hesabıyla başa çatan oyunu belə şərh edib:
- Planlaşdırdığımız kimi oldu. Çətin oyun olacağını bilirdik. “Sumqayıt” öz meydanında yaxşı oyun sərgiləyir. İlk dövrənin son oyunu idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm.
- Hakimlik haqda nə deyə bilərsiz?
- Hakimlik heç nə yox idi. İkio qırmızı vərəqə də bizim oyunçulara görə oldu. Bizim işimiz hakimlərə müdaxilə etmək deyil. Hər iki oyunçumuz kodeksə uyğun cəzalanacaq. Onların cəzasını özümüz verəcəyik.
- Qış fasiləsində komandanı gücləndirmək fikriniz var?
- Hələ danışmamışıq bu haqda.
- Anar Nəzirov təcrübəli olsa da, əsəblərini cilovlaya bilmədi. Onu hansı cəza gözləyir?
- Epizodu emosiya ilə əlaqələndirirəm. Özünü saxlaya bilmədi, cavab qaytardı. Kodeksə uyğun cəzalanacaq.
- Legionerlərinizin adı başqa klublarla hallanır. Bu haqda açıqlama verərdiz.
- Futbolçularımıza marağın olması bizi sevindirir. Müqaviləsi bitən futbolçuların sözləşməsinə yenidən baxılacaq. Oyunçuları komandada saxlamaq istəyirik.
- “Qəbələ”nin vəziyyəti haqda söz-söhbətlər gəzir. Bu, komandaya necə təsir edir?
- Təsiri var, inkar etmək olmaz. Çalışırıq ki, komanda olaraq gələcəyə müsbət baxaq. İnanıram ki, bu klub yaşayacaq və daha yaxşı olacaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin