Elmar Baxşıyev: “Maksimum nəticə qazanmağa çalışacağıq”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Bizi çətin, ağır oyun gözlədiyini bilirdik. “Səbail” çempionatın ağır rəqiblərindən biridir. Bu komanda yaxşı müdafiə olunur, rəqibə az imkan verir və əks-hücumlarda yaxşı oynayır. Baş məşqçi Aftandil Hacıyevin gördüyü iş hiss olunur.
Komandamızın oyununa gəlincə, ümumilikdə razı qaldım. Çatışmayan cəhətlərimiz var. Onları analiz edəcək və üzərində işləyəcəyik. Oyunda dominantlıq edən tərəf idik. Çoxsaylı epizodlar yaratdıq, lakin istifadə edə bilmədik. Ruhdan düşmürük, qarşıdakı oyuna köklənib maksimum nəticə qazanmağa çalışacağıq.
İki xal itirdiyimizi düşünmürəm. Çempionatda hər bir komanda istənilən rəqibdən xal almağa qadirdir. Bu gün bir xal qazandıq. Futbolçularımız qaçırılan qol epizodlarının hamısını məşqdə dəyərləndirərdi. Lakin oyun ayrıdır, stress də olur. Komanda əsas tələb olan oyun nizam-intizamını qoruyur, epizodları yaradır ki, bu da qüvvə tələb edir. Bu imkanların yaradılması bizi sevindirməyə bilməz”.
Bizi Facebook-da izləyin