Elmar Baxşıyev: “Keşlə”dən iki dəfə çox qol şansı yaratdıq”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Keşlə” ilə oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bütün fikrimiz Ordunun yanındadır. Onlardan yeni-yeni uğurlar və şad xəbərlər gözləyirik. Xalqımızı sevindirəcəklərinə inanırıq”.

40 yaşlı mütəxəssis bildirib ki, hər iki hissə fərqli olub: “İlk yarıda dominant futbol oynadıq, çoxsaylı qol imkanlarını dəyərləndirə bilmədik. Mənim istəyimlə komanda meydanda hər şeyi etməyə çalışır. Oyundan-oyuna inkişaf etdiklərini görürəm”.

Baxşıyev avtoqol müəllifi olan Asif Məmmədovun onlar üçün dəyərli futbolçu olduğunu söyləyib. “Oyunun tempini salmağı və yüksəltməyi bacarır. Hücumları daha kəsərli etmək üçün Məmmədovu Stefan Vukçeviçlə əvəzlədim”.

Baş məşqçinin fikrincə, matçın məntiqli nəticəsi belə olmalı deyildi: “Epizodları dəyərləndirə bilmədik və rəqibə şans verdik. Qələbə qazanıblarsa, deməli, onlar buna layiqdir. Amma bəlkə də, “Keşlə”dən iki dəfə çox qol şansları yaratdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button