Elmar Baxşıyev: “Hesab oyuna görə oldu”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Oyun planlaşdırdığımız kimi keçdi. Komandanı psixoloji hazırlamaq bir az çətin olsa da, məncə, psixoloji baxımdan eniş yaşamadıq. “Zirə” güclü komandadı.
- Nəticə oyuna görə oldu?
- Komandanın oyunundan razıyam. İstədiyimiz əzmkarlıqdı, onu da görürük. Oyundan-oyuna istədiklərimizi görürük. Hesab oyuna görə oldu. Hər iki komandanın imkanları oldu.
- Rasim Ramaldanovun vəziyyəti nə yerdədi?
- Əməliyyat olunub. 4-5 ay futboldan uzaq qalacaq.
- Amin Seydiyev onun yerində olacaq?
- İstəyirik kollektiv formalaşdıraq. Tək Amin yox, digər oyunçular da onun mövqeyini doldurmağa hazırdı.
- David Volkovun oyununu necə dəyərləndirirsiz?
- Ona iradımız yoxdu. Sadəcə, fürsətləri dəyərləndirə bilmir. Gələcək oyunlarda yaxşı olacaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin