“El klassiko”dan əvvəl “Real”da Kurtua sevinci
Tibo Kurtua “Real”ın ümumi məşqlərinə qoşulub.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper zədəsini sağaltdıqdan sonra tam məşq edib.
Hazırda “kral klubu”nun “1 nömrə”si ukraynalı Andrey Lunindir.
Aprelin 21-də İspaniya çempionatının 32-ci turu çərçivəsində “Real” “Barselona”nı qəbul edəcək. Bu qarşılaşma ərəfəsində La Liqada “Real” 1-ci, “Barsa” isə 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin