
Xavi Səudiyyə Ərəbistanı klubunun baş məşqçi postuna namizəddir
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının “sükanı arxasına” keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan “Əl-Hilal”ı çalışdırmağa başlaya bilər.
Klub artıq baş məşqçisi Jorje Jesuzla müqavilənin ləğvi barədə razılıq əldə edib.
“Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 62 xalla 2-ci pillədə qərarlaşıb. Komanda liderdən 8 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin