“Ədalətli nəticə heç-heçə olardı” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 5-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Pis oynamadıq, futbolçularımı da paltardəyişmə otağında təbrik etdim. Doğrudur, görəcəyimiz işlər çoxdur. Amma əvvəlki üç turdakı ikinci yarıda komanda çox əziyyət çəkirdi. Məncə, komanda 3-4 turdan sonra fiziki sarıdan tam hazır olacaq. Oyunumuz da pis alınmadı. İlk yarıda iki qapıda da epizodlar olmadı. Konsentrasiyamız yaxşı idi. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Böyük qüvvə ilə irəli getdik. Daha yaxşı olacağıq. Çünki komandamız gec yığışıb, transferlərimiz də gec gəlib. Amma buna görə heç kimi qınamıram. Bu işin içində özüməm. Bu cür oyunlar önəmlidir. Azarkeşlər sona qədər qaldılar.
Rəqibin qol vurmaq üçün az epizodu olsa da, onu dəyərləndirməsi ustalıq tələb edir. “Neftçi” də bunu göstərdi. Öz komandamın adına deyirəm ki, yaxşı oynadıq. Heç kim oyundan qopmadı. Uduzmasaydıq, heç-heçə olsaydı, daha yaxşə əhval-ruhiyyə ilə gedərdik. Bəlkə də, ədalətli nəticə elə olardı.
Heyət tam komplektləşib. Vinger gözləyirik. Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra tam komplektləşmiş saymaq olar”.
Bizi Facebook-da izləyin