Mirzov: “Dərhal qərar verdim ki, “Neftçi”yə gəlməliyəm”

“Neftçi”nin yeni transferi Reziuan Mirzov komandaya keçidi haqda danışıb.

Komanda.az klubun televiziyasına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi qarşılanmaya görə Bakı təmsilçisinin rəhbərliyinə təşəkkürünü bildirib:

“Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki klub həqiqətən də mənimlə maraqlanırdı. Rəhbərlik transferi qısa zamanda reallaşdırmaq üçün, demək olar ki, hər şeyi etdi. Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm”.

30 yaşlı futbolçu “Neftçi” barədə öncədən məlumatlı olduğunu söyləyib:

“Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” barədə danışmışdım. Solomon Kverkveliya da burada oynayırdı. Onu tanıyıram, mənə komanda haqqında bir az danışmışdı.

Rəqabət səni artırmağa və inkişafa vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu, yaxşı haldır. Sadəcə, özünü təsdiq etmək və işləmək lazımdır

Düzünü desəm, əvvəlki klubumla müqaviləmin müdəti başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə də düşündüm ki, indi deyilsə, bəs nə vaxt? Nəticədə bura gəlmək qərarını verdim”.

Reziuan klubun azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyini deyib: 

“Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad edək. Onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.

Son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button