Düz 15 il əvvəl…

Düz 15 il əvvəl, 2009-cu il avqustun 29-da Kriştiano Ronaldo ilk dəfə “Real”ın heyətində rəsmi matçda çıxış edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün Madrid klubu “Deportivo” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Ronaldo penaltini dəqiq yerinə yetirərək, qol vurmağı bacarıb.

39 yaşlı hücumçu 2009-2018-ci illərdə “Real”da çıxış edib. O, bu müddət ərzində 438 rəsmi oyun keçirib, 450 qol vurub və 131 məhsuldar ötürmə verib. Portuqaliyalı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinir. Onun klubu ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button