“Düşünürəm ki, bu, bütün futbol üçün vacib bir qərar idi” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Avropa Super Liqası haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu layihənin müsbət nəticələnəcəyinə inandığını bildirib:

“Düşünürəm ki, bu, bütün futbol üçün vacib bir qərar idi. Görürəm ki, o qədər də inanmayan klublar var. Amma indi futbol dünyamızı idarə edən monopoliya olmayacaq, hər şey müsbət nəticələnəcək. Bizi narahat edən beynəlxalq təqvim klublar, oyunçular üçün yaxşılaşdırıla bilər… Sonda nəyin müsbət olduğunu zaman göstərəcək”.

Dekabrın 21-də Avropa Super Liqasının formatı təqdim olunub. Burada üç liqaya bölünən 64 klub iştirak edəcək. Liqaların hər birində yarış iki mərhələdə keçiriləcək – liqa mərhələsi və pley-off mərhələsi. Yeni turnirin startı 2025-ci ilə planlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button