“Dürüst olmaq lazımdı” – Ayxan Abbasov
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, gənc mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Futbolçularımı xarakterlərinə görə təbrik etdim. Onlara heç vaxt şübhəm olmayıb. Verilən tapşırıqları yerinə yetirdilər. Hava şəraiti ikinci hissədə problem yaratdı. Ancaq bu, normaldı.
– Texniki zonadan uzaqlaşdırılmağınıza səbəb nədi?
– Xətti tapdaladığıma görə.
– Qapıçınız da qovuldu. Ona hər hansı iradınız oldu?
– Mehdi Cənnətova heç nə deməmişəm. Vaxtımız olacaq. Danışacağıq.
– Protokolda hakimlə bağlı qeydləriniz olacaq?
– Yox. Bu işlə mən məşğul deyiləm.
– Bəs protokolsuz hansı qeydləriniz var?
– Bunu sizə buraxıram.
– Hakimin idarəçiliyi oyununuza təsir etdimi?
– Sizcə? Dürüst olmaq lazımdı. Heç nə demirəm.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin