“Dünən baş verənlər haqqında çox danışa bilərik” – Mahir Emreli
“Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi “instaqram” səhifəsində paylaşım edib.
Komanda.az xəbər verir ki, “Hoffenhaym”a ötən gün uduzduqları (1:2) Almaniya kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür edib:
“Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq. Komandamla fəxr edirəm”.
Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb. O, 2-ci Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin