Dünyanın ən çox qazanan idmançıları: Messi liderdir
Dünyanın gəlir və dəyərlər üzrə hesablamalar aparan ən nüfuzlu şirkəti olan “Forbes” 2022-ci il üzrə dünyada ən çox qazanan idmançıların siyahısını tərtib edib.
Komanda.az xəbər verir ki, siyahıya Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi başçılıq edir. Onun qazancı 130 milyon dollar təşkil edir.
Amerikalı peşəkar basketbolçu Lebron Ceyms 121 milyon dollarlıq qazancı ilə ikinci sırada qərarlaşıb. Portuqaliya yığmasının və İngiltərənin “Mançester Yunayted” komandasının hücumçusu Kristiano Ronaldo isə üçüncüdür – 115 milyon dollar.
Siyahının ilk 10 pilləsində bu idmançılar yer alıblar:
- Lionel Messi – 130 milyon dollar
- Lebron Ceyms – 121 milyon dollar
- Kristiano Ronaldo – 115 milyon dollar
- Neymar – 95 milyon dollar
- Stefen Karri – 92.8 milyon dollar
- Kevin Durant – 92 milyon dollar
- Rocer Federer – 90,7 milyon dollar
- Kanelo Alvares – 90 milyon dollar
- Tom Breydi – 83.9 milyon dollar
- Yannis Antetokounmpo – 80.9 milyon dollar
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin