Onu dünyanın ən çox qazanan futbolçusu etdi – yeni müqavilə
PSJ-nin hücumçusu Kilian Mbappenin Paris klubu ilə yeni müqaviləsi onu dünyanın ən çox qazanan futbolçusu edəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 2022-ci ilin yanvar ayında “Forbes” jurnalı dünyanın ən çox qazanan idmançıları haqqında məlumatları dərc edib. Futbolçular arasında ilk pilləni PSJ-nin hücumçusu Lionel Messi (130 milyon avro) tutub. Lakin Mbappenin yeni – üç illik müqaviləsi ona argentinalı komanda yoldaşından daha çox qazanmağa imkan verəcək.
2017-ci ildən PSJ-də çıxış edən Mbappenin bu yay azad agent kimi komandadan ayrılmaq şansı olsa da, o, klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq qərarına gəlib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin