“Dünyanın ən güclü adamı” beynini elmi araşdırmaya bağışladı FOTOLAR

İdmançı karyerasını bitirən amerikan güləşçisi Mark Henri maraqlı addım atıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq güləşçi, öldükdən sonra beynini elmi araşdırmalar üçün verəcəyini açıqlayıb. Henri, beynin zədəli xəstəliklərinin müalicəsi yollarının araşdırılması üçün bu addımı atdığını deyib.

Henri, beynini, beyin fonduna verdiyini və araşdırmalardan sonra lazımlı nəticə çıxacağına inandığını bildirib.

Xroniki zədəli beyin xəstəliyinə, kəllə zədəsinə məruz qalan amerikan futbolu, xokkey, peşəkar güləş, boks kimi idman növləriylə məşğul olan insanlarda daha çox rast gəlinir.

Mark Henri 1996-2018-ci illər aralığında peşəkar güləşlə məşğul olub. O, 2018-ci ilin yanvarında idmançı karyerasını bitirdiyini açıqlayıb. Bir müddət “dünyanın ən güclü” adamı adlandırılan Henri, bir neçə dəfə Avropa və dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button