“Dünyadakı bütün klublara bunu demək istəyirəm ki…” – Qvardiola
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola müdafiəçi transferiylə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, Emerik Laportun zədələnməsindən sonra müdafiə xəttinə transferin edilməyəcəyini açıqlayıb:
“Müdafiəçi transferi üçün çox futbolçunun adını çəkməməyi məsləhət görürəm. Bu mövqeyə transfer edəcəyimizi düşünmürəm. Dünyadakı bütün klublara bunu demək istəyirəm ki, narahat olmayın, heç bir müdafiəçi ilə maraqlanmırıq. Heyətimizdəki futbolçularla davam edəcəyik. Qış fasiləsində belə transfer məntiqli olmaz. Ehtiyac olsa, yayda bir futbolçu ala bilərik”.
“Brayton”la oyunda (4:0) zədələnən Laportun 5 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Bizi Facebook-da izləyin