“Bəlkə də, “Mançester Siti”yə qarşı mübarizə apara bilən yeganə komandayıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasını “Mançester Siti” üçün dünyada ən çətin rəqib hesab edir.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis dünyada “şəhərlilər”ə qarşı mübarizə apara bilən yeganə kollektiv olduqlarını söyləyib:

“Federasiya kubokunun finalında yaxşı mübarizə apardıq. Bizi məğlub etmək asan iş deyil. Dünyanın ən yaxşı komandasını çətin duruma salmışdıq. Bəlkə də, dünyada “Mançester Siti”yə qarşı mübarizə apara bilən yeganə komandayıq.

Meydançada topla yaxşı davranırıq, bilirəm. Məncə, biz tənqidlərə məruz qalmamalıyıq. Çünki həmin gün əla oynamışdıq. Eyni zamanda, mövsümü də pis keçirmədik”.

“Qırmızı şeytanlar” federasiya kubokunun finalında “Mançester Siti”yə uduzub – 1:2. Ten Haqın komandası 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 75 xalla 3-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button