Dünya reytinqi: “Qarabağ” 1 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

13 pillə irəliləyən “Qarabağ” (176,5 xal) 48-cı sırada yer alıb. Bir pillə irəliləyən “Neftçi” (62 xal) 377-ci, 4 pillə irəli gedən “Sabah” (58,75 xal) isə 413-cüdür.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) komandası üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button