Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medalsız qaldı
Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında medalsız qalıb.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi uğursuzluğa düçar olub.
31 yaşlı idmançı 1/16 final mərhələsində kanadalı Fransua Qotyer Drapauya uduzaraq, mübarizəni dayandırıb.
Daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.
Dünya çempionatı mayın 14-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin