“Dua edəcəyik ki, futbolçular zədəli qayıtmasın”
“Sumqayıt”ın baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Hər iki tərəf qalib gəlmək istəyirdi. Rəqib komandada məşqçi dəyişikliyi özünü göstərir.
Sıx qrafik, zədəlilər, sarı vərəqələr təsirsiz ötüşmür. Bu üzdən rotasiyalara əl atmağa məcbur olduq.
Bu oyunda iki dəfə geridönüş etməyimiz məni sevindirdi. Oyunda sürət var idi, hər iki tərəf qalib gələ bilərdi. Futbolda belə bir deyim var: uda bilmirsənsə, çalış uduzma.
Fasilədən istifadə etməyə çalışacağıq. Dördüncü dövrədə uğurlu olmağa çalışacağıq.
Əsas və gənclərdən ibarət yığmalarımıza xeyli sayda futbolçu vermək məni həm sevindirir, həm də düşündürür. Ehtiyat oyunçular skamyası geniş olmalıdır ki, bu da bizdə yoxdur. Dua edəcəyik ki, bu futbolçular düşərgəmizə zədəli qayıtmasın”.
Bizi Facebook-da izləyin