Dronların uçuşu qadağan edildi – Azərbaycanla oyun üçün

Lüksemburq hökuməti millinin UEFA Millətlər Liqasında Azərbaycanla keçiriləcək ev oyununda dronların istifadəsini qadağan edib.

Komanda.az “lessentiel.lu” saytının məlumatına görə, dövlət orqanları yaşana biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb. İkinci Qarabağ müharibəsinin yeni bitdiyini qeyd edən mənbə bildirib ki, oyunun keçiriləcəyi “Jozi Bartel” stadionunun üzərində dronların uçuşu qadağan edilib. Bu qadağanı pozan şəxslər 8 gündən bir ilə qədər həbs və ya 12-248 avro arası pul cəzası alacaq.

Keçən il Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 3-də bu stadionda keçirilən “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçıları tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilmişdi.

Lüksemburq – Azərbaycan oyunu noyabrın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button