Bundesliqada fevralın ən yaxşı gənc futbolçusu açıqlandı

Almaniya Bundesliqasında fevralın ən yaxşı gənc futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanddır. Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Haland, ən yaxşı gənc futbolçu nominasiyasında “Leyptsiq”dən Kristofer Nkunkunu və “Köln”dən İsmail Yakobsu üstələyib.

19 yaşlı futbolçu ötən ay Bundesliqada “Borussiya” ilə 5 oyunda iştirak edib və 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button