“Bavariya” çətin qələbə ilə 1/4 finalda

Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

“Ayntraxt” “Leyptsiq”i, “Şalke” “Herta”nı, “Fortuna” isə “Kayzerslautern”i mübarizədən kənarlaşdırmaqla 1/4 finala yüksəlib. Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı isə bu rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.

Sonuncu oyun günündə də dörd görüş baş tutub. “Bayer” “Ştuttqart”ı, “Bavariya” “Hoffenhaym”ı, “Yunion” da “Verl”i mübarizədən kəanarlaşdırıb. “Saarbrukken” – “Karlsrue” duelində isə tərəflər 120 dəqiqə ərzində fərqlənə bilməyiblər. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saarbrükken” növbəti mərhələyə vəsiqə qazanıb.

Almaniya kuboku, 1/8 final

4 fevral

Ayntraxt – Leyptsiq 3:1
Kayzerslautern – Fortuna 2:5
Şalke – Herta 3:2
Verder – Borussiya (Dortmund) 3:2

5 fevral

Bayer – Ştuttqart 2:1
Verl – Yunion 0:1
Bavariya – Hoffenhaym 4:3
Saarbrukken – Karlsrue 0:0
(penaltilər 5:3)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button