Dünya çempionatına ev sahibliyi üçün ərizə təqdim edəcək – 4 ölkə
Latın Amerikasının 4 ölkəsi – Argentina, Uruqvay, Çili və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adları çəkilən ölkələrin namizədliyinin göndərilməsi üçün müraciət avqustun 2-də rəsmiləşəcək. Tədbir Montevideodakı (Uruqvay) “Centenario” stadionunda baş tutacaq. Tədbirdə KONMEBOL prezidenti Alexandro Dominqes və 4 federasiyanın rəhbəri iştirak edəcək.
Növbəti dünya çempionatı bu il Qətərdə keçiriləcək. DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin