“Doğma Şamaxını təmsil etmək mənə daha da ruh verir”
“Şamaxı”nın müdafiəçisi Fuad Bayramov əyalət klubu ilə yeni müqavilə bağlamasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, o, bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“İlk olaraq bizim kimi gənc futbolçulara belə şans yaratdıqlarına görə klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. Yeni müqavilə imzalamaq mənim üçün çox xoş oldu. Doğma diyarımın klubunu təmsil etmək mənə daha da ruh verir, inkişafımı artırır. “Şamaxı” üçün əlimdən gələni edəcəm ki, klub daim zirvələrdə olsun”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin