“Ronaldo ilə bağlı qərar komandanın əhval-ruhiyyəsinə təsir etməməlidir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Çelsi” ilə oyun ərəfəsində klubun dəyərlərinə görə daşıdığı məsuliyyətdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis oyundan öncə keçirilən mətbuat konfransında bunları söyləyib:

“Mən baş məşqçiyəm, burda çox şeyə cavabdehəm. Mən standartlar və dəyərlər təyin etməli, onlara nəzarət etməliyəm. Kriştiano Ronaldo bizim üçün itkidir, lakin bu qərar komandanın əhval-ruhiyyəsinə təsir etməməlidir. İndi diqqətimizi “Çelsi”yə yönəltməliyik, çünki vacib olan budur.

Futbol komanda oyunudur, müəyyən standartlara cavab verməlisən. Və mən buna nəzarət etməliyəm. Bizi böyük oyun gözləyir. Mən və oyunçular fikrimizi bu oyuna cəmləmişik. Bu matçda qalib gəlməliyik, ən yaxşı futbolumuzu oynamağa çalışmalıyıq. Düşünürəm ki, konsentrasiya futbolun bir hissəsidir.

Mənim üçün səfərdə oynamaq heç vaxt problem olmayıb. Meydan eyni ölçüdədir, hər iki komandada eyni sayda futbolçular, hakim var və azarkeşlərimizdən həmişə böyük dəstək alırıq. Biz özümüzü güclü hiss edirik”.

Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun “Çelsi” ilə oyununda olmayacaq. Baş məşqçi Erik ten Haqın Ronaldonu heyətdən kənarlaşdırmasına səbəb onun “Tottenhem”lə oyunda (2:0) etdiyi hərəkətdir. Ehtiyat oyunçular skamyasında olan portuqaliyalı futbolçu matçın sonunu gözləmədən, əvvəlcə ehtiyat oyunçular skamyasını, daha sonra isə stadionu tərk edib.

“Çelsi” – “Mançester Yunayted” matçı oktyabrın 22-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button