“Dinamo” Mahiri “Sevilya” ilə oyunlar üçün sifariş etdi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu İspaniya “Sevilya”sına qarşı keçiriləcək Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Komanda.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Zaqreb təmsilçisinin yeni transferi Mahir Emreli də daxil edilib.

30 nəfərlik sifariş ərizəsində Azərbaycan millisinin hücumçusu ilə yanaşı, digər yeni oyunçu Petar Boçkayın da adı yer alıb.

Mahir Emreli ötən gün “Dinamo” ilə 4.5 illik sözləşmə imzalayıb. Paytaxt klubunun “Sevilya”ya qarşı ilk oyunu fevralın 17-də səfərdə, cavab matçı isə bundan bir həftə sonra evdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button