“Dinamo” Mahir Emreli ilə müqaviləni ləğv edir?

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə müqaviləni pozmaq istəyib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, buna FİFA-nın 25 yaşlı futbolçunu cəzalandırması səbəb olub.

Mahir sabiq klubu olan Polşa “Legiya”sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futboldan kənarlaşdırılıb.

Ali futbol qurumundan məktub aldıqdan sonra oyunçu ilə görüşən “Dinamo” rəhbərliyi azərbaycanlı futbolçu ilə vidalaşmaq istədiyini bildirib. FİFA və Zaqreb təmsilçisindən gələn xəbərdarlığı nəzərə alan Emreli bu gün Varşava klubuna 105 000 avro ödəniş edib.

Hələlik FİFA milli üzvü ilə bağlı qərarı ləğv etməyib. Qurumdan kluba da bu barədə hər hansı məlumat daxil olmayıb.

Xatırladaq ki, Mahir Emreli 2021/2022 mövsümünün birinci yarısını “Legiya”da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk “Visla”sı ilə səfər oyunundan qayıdarkən azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb “Dinamo”suna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button