“Dinamo” Bakıya qələbə ilə gələcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Zaqreb “Dinamo”su Bakıya qələbə ilə gələcək.

Komanda.az xəbər verir ki, Zaqreb təmsilçisi Xorvatiya çempionatında növbəti matçını keçirib.

“Qoritsa” ilə üz-üzə gələn Zaqreb klubu 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” – “Dinamo” matçı avqustun 28-də Bakıda keçiriləcək. Komandalar arasında avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button