Dibalanın koronavirus testinin nəticəsi yenə müsbət çıxdı
İtaliya çempionu “Yuventus”un hücumçusu Paulo Dibala və sevgilisi Oriana Sabatininin koronavirusla mübarizəsi davam edir.
Komanda.az xəbər verir ki, onların bir neçə gün əvvəlki testlərinin cavabı mənfi çıxsa da, növbəti test yenə müsbət olub. Bu üzdən də Dibala və sevgilisi yenidən evdə karantinə alınıb.
Oriana üzləşdikləri vəziyyətlə bağlı İtaliya mətbuatına açıqlamasında bunları söyləyib:
“İlk dəfə martın 21-də Paulo ilə birgə verdiyimiz koronavirus testlərinin nəticəsi müsbət olmuşdu. Üç gün əvvəl testdən keçəndə cavablar mənfi oldu. Amma üçüncü testin nəticələri yenə müsbətdi. Məndə hələ də koronavirus var. Testlərin niyə belə fərqli nəticə verməsini anlaya bilmirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin