Dibala: “İdman direktorumuzla görüşmüşəm və…”
“Yuventus”dan ayrılacağı iddia edilən Paulo Dibala İtaliya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Dibala, “Yuventus”dan ayrılmaq istəmədiyini deyib:
“Qardaşım Qustavo Dibala öz fikirlərini deyib. İdman direktorumuzla görüşmüşəm və burda qalmaq istədiyimi demişəm. Ancaq bu, tək mənə bağlı olan bir şey deyil. Qalıb-qalmayacağıma klub rəhbərliyi və yeni gələcək baş məşqçi qərar verəcək”.
Dibalanın qardaşı Qustavo bir müddət əvvəl Paulonun “Yuventus”dan ayrılmaq istədiyni açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin