Dibala məsələsində son cəhd
“Yuventus” klubu bu həftənin sonuna kimi futbolçusu Paulo Dibalanın meneceri ilə yekun danışıqlar aparacaq.
Komanda.az “Calciomercato”ya istinadən xəbər verir ki, tərəflər razılığa gəlməsələr, o zaman Turin klubunun rəhbərliyi argentinalı futbolçunun bu yay başa çatacaq müqaviləsini uzatmaq cəhdlərini dayandıracaq.
“Juventus”un Dibalaya son təklifi bonuslar nəzərə alınmadan illik 7 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin