Deşam PSJ-nin baş məşqçisini tənqid etdi

Fransa millisinin baş məşqçisi Didye Deşam “Reyms”lə son oyundan (3:0) sonra Paris klubunun hücumçusu Kilian Mbappeni açıq şəkildə tənqid edən PSJ-nin çalışdırıcısı Luis Enrikenin yanaşması ilə razılaşmadığını bildirib.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, Deşam, Enrikenin yerində olsaydı, başqa cür davranacağını deyib:

“Mən demirəm ki, Enrikenin dedikləri ünsiyyət və idarəetmə baxımından yanlışdır. Sadəcə deyirəm ki, mən başqa cür edərdim. Məşqçinin işində fərqli şeylər olur. Hər kəs öz bildiyi kimi edir. Bilirəm ki, futbolçularım onlardan nə gözlədiyimin fərqindədir. Futbolçularla media vasitəsilə qarşılıqlı əlaqədən danışsaq, yenə də hər kəs özünü indiki məqamda düzgün hesab etdiyi kimi aparır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button