“Barselona”nın Dembeleyə şərti var
“Barselona” klubunun prezidenti Xuan Laporta hücumçu Osman Dembelenin vəziyyətinə aydınlıq gətirib.
Komanda.az “RAC1”-ə istinadən xəbər verir ki, Laporta, Dembele “Barselona”da qalmaq istəsə, maaşının azaldılacağını söyləyib:
“Dembeleni bəyənirəm, o, inanılmazdır. Ötən il dekabrın 20-də ona yeni müqavilə təklif etmişdik. Qalmaq istəsə, maaşının azaldılmasına razılıq verməli olacaq. Dembele və onun agenti ilə gələcəkdə nə baş verə biləcəyini təsəvvür etmək çətindir”.
Fransalı futbolçunun yayda “Barselona”dan ayrılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin