Del Pyero federasiya prezidenti ola bilər
Keçmiş futbolçu Alessandro Del Pyero İtaliya Futbol Federasiyasının prezidenti ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya milli komandasının və “Yuventus”un sabiq oyunçusu İtaliya Futbol Federasiyasının rəhbəri postuna namizəd ola bilər.
Federasiyada prezident seçkiləri 3 fevral 2025-ci ildə keçiriləcək.
Hazırda federasiyaya 2018-ci ildən bəri bu vəzifədə olan Qabriele Qravina rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin