Deku “Barselona”nın ABŞ toplanışında iştirak etməyəcək
“Barselona”nın idman direktoru Deku ABŞ-dakı təlim-məşq toplanışına qatılmayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin transfer işləri həddən artıq çoxdur. O, “Atletik”dən Niko Uilyamsla müqavilə bağlamaq, eləcə də digər əməliyyatlarla məşğuldur.
Niko Uilyamsın transferi “Barselona”ya 58 milyon avroya başa gələcək. Kataloniya nəhəngi təzminat məbləğini ödəməyə hazırdır, lakin hələ 22 yaşlı futbolçunun özündən yekun razılıq almayıb.
“Barselona” mövsümöncəsi toplanış keçirəcək. Komanda bu tur çərçivəsində “Mançester Siti” (31 iyul), “Real” (4 avqust) və “Milan” (7 avqust) ilə yoxlama görüşlərində qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin