
Deku “Barselona”nın sabiq üzvünü “Real”ın hücumçusu ilə müqayisə etdi
“Barselona”nın idman direktoru Deku, komandanın sabiq futbolçusu, hazırda “Palmeyras”da çıxış edən Vitor Roke ilə “Real”ın hücumçusu Endrikin oyununu müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi braziliyalı futbolçular haqda bunu söyləyib:
“Vitor Rokeni transfer etmək qərarı sabiq baş məşqçimiz Xavi tərəfindən verilmişdi. Bu mövzuda söhbətlərin mahiyyəti onun mümkün qədər tez uyğunlaşacağından ibarət idi. Ancaq bu, futboldur. Avropaya belə erkən getmək həmişə çətindir. Endrik Madrid klubunda daha çox oyun keçirdi, amma özünü sübut etmək şansı da az idi”.
Roke “Barselona”nın start heyətinə düşə bilməyib və nəticədə, bu ilin fevralında “Palmeyras”a satılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



