Çempionlar Liqasında debüt edən ikinci ən gənc futbolçu
“Barselona”nın 16 yaşlı hücumçusu Lamin Yamal Çempionlar Liqasında debüt edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu turnir tarixində ikinci ən gənc oyunçu olub (16 yaş 68 günlük). O, qrup mərhələsinin 1-ci turunun “Antverpen”lə oyununda (5:0) sonradan meydana çıxıb.
Çempionlar Liqasında ən gənc oyunçu isə Dortmund “Borussiya”sının 16 yaşlı futbolçusu Yusuf Mukoko olub (16 yaş 18 günlük).
Yamal kataloniyalıların məzunudur və 2023-cü ilin iyul ayından əsas komandada çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin