De Yonq narazıdır

İspaniya La Liqasının dekabrda keçiriləcək “Vilyarreal” – “Barselona” oyunu Mayamidə baş tutacaq.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, bu qərar rəsmi şəkildə açıqlanıb, ancaq “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq bu ideyanı birmənalı qarşılamayıb.

Niderlandlı futbolçu açıq şəkildə narazılığını bildirib:

“Bu qərar xoşuma gəlmir və onunla razı deyiləm. Bu, ədalətsizdir. Bəli, klublar pul qazanacaq, amma mən tam əminəm ki, bu, qəbuledilməz addımdır”.

“Barselona” hazırda La Liqada 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Vilyarreal” isə 16 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button