“Barselona” De Yonqla yeni müqavilə bağlayıb

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubla yeni müqavilə imzalayıb.

Kataloniya təmsilçisi ilə niderlandlı futbolçu arasında əldə olunan razılaşmanın müddəti 2029-cu ilə qədər qüvvədə olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, De Yonqun sərbəstqalma qiyməti 400 milyon avrodan 500 milyona qaldırılıb.

28 yaşlı futbolçu “Barselona”ya 2019-cu ildə “Ayaks”dan transfer olunub. O, bu müddətdə klubla birlikdə iki dəfə İspaniya çempionu titulunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button